Millimizin üzvünün komandası məğlub oldu
Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" Polşa çempionatında növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, "Qurnik"in qonağı olan Plotsk təmsilçisi görüşdən məğlub ayrılıb - 2:4.
İlk yarısı heç-heçə (1:1) nəticələnən oyuna fasilədən dərhal sonra qoşulan Krivotsyukun komandası hesabda önə keçsə də, 67-83-cü dəqiqələr aralığında 3 top buraxaraq, yenilib.
Bu məğlubiyyətdən sonra 14-cü pilləyə geriləyən "Visla" keçirdiyi 10 oyunda 10 xal toplaya bilib.
Qeyd edək ki, Anton Krivotsyuk millimizin qarşıdakı seçmə mərhələ oyunlarına dəvət alıb.