Millimizlə oyun üçün yeni kapitan

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığması komandamızla Bakıdakı matça yeni kapitanla çıxacaq. 

Sportline.az xəbər verir ki, bu barədə İrlandiya mətbuatı məlumat yayıb. Sabahkı qarşılaşmada kapitanlıq sarğısını müdafiəçi Con İqan daşıyacaq.

Son vaxtlar komandanı meydana kapitan kimi lider kimi gah Şeyn Daffi, gah da Şeymus Koulman çıxarıb.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlayacaq.