Millinin Avropa çempionatının təsnifat mərhələsindəki təqvimi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Sportline.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk matçını bu il səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Qarşılaşma 17 və ya 18 avqustda olacaq.

Milli 24 və ya 25 avqustda Belçikanı qəbul edəcək. Yığmamız 2025-ci il avqustun 13-də Belçikanın qonağı olacaq, 16 və ya 17 avqustda isə evdə Avstriyanı sınağa çəkəcək.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma çıxış edəcək və onlardan 12-si qitə birinciliyinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ əldə edəcək.