Millinin baş məşqçisi: "Gələcəyə inamla baxmaq olar"

Kişi həndbolçulardan ibarət milli komanda qarşıdakı yarışlara hazırlığı davam etdirir.

Komandanın iranlı baş məşqçisi Nasser Salimi Sportline.az saytına açıqlamasında gələcəyə nikbin baxdığını bildirib: 
 "Azərbaycan çox gözəl ölkədir. Gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib.

Milli komandada perspektivli oyunçular var. İnanıram ki, düzgün hazırlıq proqramı sayəsində onlarla uğurlu nəticələr qazanmaq olar. Əlbəttə, bu, müəyyən vaxt tələb edir. Fiziki və texniki hazırlığı yüksək səviyyəyə çatdıra bilsək, gələcəyə inamla baxmaq olar".