Millinin baş məşqçisi məlum oldu

Uruqvay milli futbol komandasının baş məşqçisi bəlli olub.

Sportline.az "Tyc Sports"a istinadən xəbər verir ki, komandanın sükanı Marselo Bielsaya həvalə olunacaq. 

Müqavilə şərtləri yaxın günlərdə mətbuata açıqlanacaq.

Qeyd edək ki, Marselo Bielsanın sonuncu iş yeri “Lids Yunayted” klibu olub.