Millinin baş məşqçisi müəyyənləşdi

İrlandiya millisində baş məşqçi dəyişikliyi gerçəkləşib.

Sporline.az "Sky Sports"a istinadən xəbər verir ki, Mik Makkartini  Stiven Kenni əvəzləyib. 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Makkartinin yığma ilə müqaviləsi iyulun sonu başa çatırdı.

Əlavə edək ki, S.Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.