Millinin düşərgəsində infeksiya yayıldı
Niderland millisinin düşərgəsində virus infeksiyası yayılıb.
Sportline.az xəbər verir ki, komandanın bir neçə üzvü bu səbəbdən düşərgəni tərk edib.
Niderland millisinin mətbuat xidmətinin yaydığı məlumatda Bart Verbrüggen, Mates De Liqt, Sven Botman Yoeya Verman və Kodi Qapkonun adı çəkilir.
Qeyd edək ki, Niderland millisi sabah AÇ:2024-ün seçmə mərhələ oyununda Fransa komandası ilə görüşəcək.