Millinin futbolçusu rəsmən "Neftçi"də
Azərbaycan millisinin futbolçusu Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, paytaxt klubu televiziya kanalı vasitəsilə bu transferi bəyan edib.
İranın “Traktor” klubundan alınan 30 yaşlı müdafiəçi “ağ-qaralar”la 1,5 illik müqaviləyə qol çəkib.
O, “Neftçi”nin qış fasiləsində ilk transferi olub.
Qeyd edək ki, Höccət Haqverdi 2021-ci ilin yanvarından 2022-ci ilin yayına qədər “Sumqayıt”ın formasını geyinib.