Millinin oyunlarının başlama vaxtı açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.
 
Sportline.az  AFFA-nın saytına istinadən xəbər verir ki, B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq. 

Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adalar, 9-da Malta, 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.