Millinin oyunlarının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

Sportline.az xəbər verir ki, noyabrın 12-də Avstriya, 16-da Norveç komandası ilə “Bakcell Arena”da keçiriləcək oyunlar saat 20:00-da başlanacaq.