Millinin oyunlarının vaxtı bilindi
Badminton üzrə Azərbaycan milli komandasının qarışıq komandaların Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb.
Sportline.az xəbər verir ki, milli fevralın 12-də keçiriləcək ilk turda İngiltərə ilə üz-üzə gələcək.
Ertəsi gün Fransa ilə görüşəcək millimiz ayın 14-də Danimarka ilə qarşılaşacaq. Hər üç qarşılaşma saat 10:00-da başlayacaq. 8 komandanın iki qrupda mübarizə aparacağı yarışın yarımfinal görüşləri ayın 15-də, həlledici qarşılaşmalar ertəsi gün baş tutacaq.
Qeyd edək ki, Morteza Validarvinin baş məşqçisi olduğu millinin heyətində Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə yer alacaqlar.