Millinin oyunu qadın referiyə tapşırıldı
AÇ-2024-ün seçmə mərhələsinin İsveç - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, görüşü fransalı hakimlər idarə edəcəklər.
Baş hakim Stefani Frappar olacaq. Ona Mikael Beşebru və Metyü Qrosbost kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Bastyen Deşepi yerinə yetirəcək.
Martın 27-də "Friends Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.