Millinin oyunu yanğına görə təxirə salına bilər

Ukrayna millisinin bu gün Bolqarıstanla yoldaşlıq görüşü ləğv edilə bilər.

Sportline.az "Korrespondent.net" saytına istinadən xəbər verir ki, buna səbəb oyunun keçiriləcəyi "Çernomorets" stadionunda yanğın başlamasıdır.

Odessa şəhərində yerləşən arenanı görüşə bir neçə saat qalmış qatı tüstü bürüyüb. Stadionda baş verən yanğın sosial şəbəkələrdə də fəal müzakirə olunur. Hələlik qarşılaşmanın ləğvi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:30-da başlanılmalıdır.