Millinin rəqibi heyəti açıqladı

Futbol üzrə İrlandiya millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan seçməsi ilə oyun üçün heyətini açıqlayıb. 

Sportline.az xəbər verir ki, irlandlar Bakıya bu heyətlə gələcəklər:

Qapıçılar: Kuivin Kelleher (Liverpul, İngiltərə), Gevin Bazunu (Portsmut, İngiltərə), Mark Travers (Bornmut, İngiltərə);

Müdafiəçilər: Mett Doerti (Tottenhem, İngiltərə), Şeyn Daffy (Brayton, İngiltərə), Kayrus Kristl (Fulhem, İngiltərə), Con İqan (Şeffild, İngiltərə), Enda Stivens (Şeffild, İngiltərə), Rayan Menninq (Suonsi, Uels), Ceyms Maklin (Uiqan, İngiltərə), Endryu Omobamidele (Norviç, İngiltərə), Natan Kollins (Börnli, İngiltərə)

Yarımmüdafiəçilər: Konor Hureyn (Aston Villa, İngiltərə), Coş Kallen (Anderlext, Belçika), Ceff Hendriks (Nyukasl, İngiltərə), Ceymi Makqret (St. Mirren, Şotlandiya), Harri Arter (Nottingem Forest, İngiltərə), Jason Knight (Derbi Kountı İngiltərə) 

Hücumçular: Aaron Konoli (Brayton, İngiltərə), Kalum Robinson (Vest Bromviç, İngiltərə), Ceyms Kollins (Kardif Siti, Uels), Deril Hurqan (Uikomb Uonderers, İngiltərə), Adam Ayda (Norviç, İngiltərə), Troy Perrot (MK Dons, İngiltərə), Uill Kin (Uiqan, İngiltərə), Çidozi Oqbene (Rotherhem Yunayted, İngiltərə).

Xatırladaq ki, İrlandiya yığması oktyabrın 9-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq. Ondan üç gün sonra isə irlandlar Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.