Millinin sabiq qapıçısı 5-ci divizion klubunda
"Mançester Yunayted" və İngiltərə millisinin sabiq qapıçısı Ben Foster yenidən futbola qayıdıb.
Sportline.az xəbər verir ki, 39 yaşlı qapıçısı İngiltərənin 5-ci divizionunda mübarizə aparan "Reksem" klubu ilə anlaşıb.
Ben Foster mövsümün sonuna kimi "Reksem"in şərəfini qoruyacaq.