Millinin sabiq üzvü 32 yaşında dünyasını dəyişdi
Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo 32 yaşında dünyasını dəyişib.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu beyin əməliyyatından bir gün sonra reanimasiyada dünyasını dəyişib.
Bu ayın əvvəlində Kudoya hidrosefali diaqnozu qoyulub. Bu vəziyyət beyində artıq mayenin yığılması deməkdir.