Millinin sabiq üzvü seçmə komandada

U-21 millisinin məşqçilər heyətində dəyişiklik olub.

Sportline.az xəbər verir ki, milli komandamızın sabiq qolkiperi Rauf Mehdiyev bundan sonra qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

O, AVRO-2027-nin seçmə mərhələsinin iki oyunundan sonra U-19-a qayıdan Hüseyn Məhəmmədovu əvəzləyəcək.