Millinin üzvündə dopinq aşkarlanıb

Yunanıstan milli komandasında gözlənilməz hadisə yaşanıb.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, AVRO 2024-ə vəsiqə uğrunda keçirilən Yunanıstan - Gürcüstan matçından sonra yunanların heyətində bir oyunçunun dopinq testi müsbət nəticələnib.

Mənbənin sözlərinə görə, bu futbolçunun kimliyi götürüləcək ikinci testdən sonra ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, Yunanıstan millisi AVRO 2024-ə vəsiqə uğrunda keçirilən oyunda Gürcüstana penaltilər seriyasında 2-4 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalmışdı.