Millinin yeni baş məşqçisi açıqlandı

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası (FPF) açıqlama yayıb.

Qurumun rəsmi saytı 50 yaşlı ispaniyalı mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə imzalandığını açıqlayıb.

Xatırladaq ki, Roberto Martines 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra Belçika yığmasının baş məşqçisi postundan ayrılmışdı.