Azərbaycan millisinin yeni kapitanı kim olacaq?

Rəşad Sadıqovun milli komanda ilə vidalaşmasından sonra kapitanın kim olacağı müəyyənləşib. SportLine.az xəbər verir ki, R.Sadıqov jurnalistlərlə söhbətində kapitan sarğısının Rahid Əmirquliyevə keçəcəyini deyib.

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində sabah Çexiya yığması ilə üz-üzə gələcək.