"Qalatasaray"ın Mirço Luçesku planı

"Qalatasaray" "Zenit"in baş məşqçisi Mirço Luçeskuya baş direktor vəzifəsini təklif etməyə hazırlaşır. Sportline.az Fotospor-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis təklifi qəbul etsə, oğlu Rezvan Luçesku "Qalatasaray"ın sükanı arxasına keçəcək. Mirço istanbullularla razılaşsa, onun əsas işi klubun transfer siyasətinə nəzarət olacaq. Məlumata əsasən, klub prezidenti Dursun Özbək artıq bu fikri Luçesku ilə müzakirə edib.