Məşhur futbolçu karyerasını bitirdi

Lukas Leyva karyerasını bitirdiyini bətan edib.

Sportline.az xəbər verir ki, o, səhhəti ilə əlaqədar bu qərarı verib. "Liverpul"un sabiq yarımmüdafiəçisinin ürəyində miokard fibrozu aşkarlanıb. 

Ötən ilin dekabrında təyin olunan diaqnoz futbolçunu bu addımı atmağa vadar edib. 

Qeyd edək ki, peşəkar karyerasına "Qremio"da başlayan futbolçu 2007-2017-ci illərdə "Liverpul"un, ardınca "Latsio"nun gormasını geyinib. 

2022-ci ildə isə yenidən "Qremio"nun şərəfini qoruyub. Lukas Braziliya millisinin heyətində 24 oyuna çıxıb.