Misir millisi FİFA-ya rəsmi müraciət ünvanladı
Misir Futbol Federasiyası (EFF) Argentinaya 3-2 hesabı ilə məğlub olduqdan sonra hakim Fransua Leteksyenin qərarlarına qarşı rəsmi etiraz bildirmək üçün FİFA-ya müraciət edib.
Sportline.az xəbər verir ki, Misir millisi hakimin qərarlarının araşdırılmasını tələb edir.
Onlar hesab edir ki, oyunun nəticəsinə təsir edən bir neçə mühüm hakim qərarı olub və həmin hakim Dünya çempionatının qalan oyunlarına təyinat almamalıdır.
Qeyd edək ki, Argentina Misirə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.