Misirli ulduzdan rekord
Misirli ulduz futbolçu Mohammed Salah yeni rekorda imza atıb.
Sportline.az “Liverpul”un rəsmi saytına istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasında sol ayaqla ən çox qol vuran oyunçu olub. (106).
Salah bu uğura “Lids Yunayted”i 6-1 hesabı ilə məğlub etdikləri oyunda bacarıb.
Qeyd edək ki, Salah bu mövsüm liqada çıxdığı 30 oyunda 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.