MMA üzrə seçmə komandamız DÇ-də 5 medal qazanıb
Hollandiyanın paytaxtı Amsterdamda MMA idman növü üzrə Dünya çempionatına yekun vurlub.
Sportline.az xəbər verir ki, 55 ölkənin iştirakı ilə keçrilən Dünya çempionatında Azərbaycanı MMA, Pankration və Qrapplinq Federasiyasının rəhbəri Azad Əsgərovun rəhbərliyi ilə 8 idmançı təmsil edib.
Komandamız yarışı 2 qızıl,1 gümüş və 2 bürünc medalla başa vurub:
52 kq çəki dərəcəsində Talıbov Fətəli - qızıl.
62 kq çəki dərəcəsində Dərişov Ehtiram - qızıl
83kq çəki dərərcəsində Əzizov Nail - gümüş
70kq çəki dərərcəsində Abbasquliyev İmran - bürünc
77 kq çəki dərərcəsində isə Mutayev Ömər - bürünc medal qazanıb.
Xatırladaq ki, Federasiyanın birinci vitse-prezidenti Tural Mirzəyevdir.