Modriç "Real"da qalmaq istəyir

"Real Madrid"in xorvatiyalı əfsanəsi Luka Modriç klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, Modriç "Real"la 1 illik yeni müqavilə imzalamaq istəyir. 

Bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Modriçin Madrid klubu ilə hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.

39 yaşlı yarımmüdafiəçi 2012-ci ilin yayından "Real Madrid"in şərəfini qoruyur.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.