Modriç "Real"la yeni müqavilə imzalamaq istəyir

"Real Madrid"in xorvatiyalı futbolçusu Luka Modriç klubla yeni müqavilə imzalamaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.

39 yaşlı əfsanə "Real"da daha 1 il qalmaq niyyətindədir.

Qeyd edək ki, Luka Modriç bu mövsüm çıxış etdiyi 47 matçda 4 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Onun "Real Madrid"lə hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.