MOİK-dən darmadağın

Futbol üzrə Azərbaycan I Divizionda III turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, ikinci oyun günü 3 görüş baş tutub.

"Sabah-2" Tovuzda əzmkar qələbə qazanıb. MOİK "Zirə"nin əvəzedicilərini darmadağına məruz qoyub. "Səbail-2" - "Zaqatala" görüşündə isə meydan sahibləri üstün olubb: 

I Divizion, III tur
29 sentyabr (çərşənbə)

Turan Tovuz – Sabah-2 1:3
Qollar: Sadiq Şəfiyev, 26 - Ceyhun Nuriyev, 70, 87, Fərid Kəzimzadə, 77.

Zirə-2 – MOİK 0:4
Qollar: Emin Mehtiyev, 2-p, Rafael Qavami, 37, Elşən Veysov, 45+1, Ruslan Voronsov, 81.

Səbail-2 – Zaqatala 2:0
Qollar: Aydın Ağazadə, 12. Zeynəddin Əbdurahmanov, 47.

Qeyd edək ki, III tura dünən start verilib: Kəpəz – Qarabağ-2 4:2 (Vüsal Məsimov, 52, Tural Rzayev, 68-p, Cavid İmamverdiyev, 90+3, Bəhruz Teymurov, 90+7 - Seyxan Fərəcov, 7, Sultan Mustafayev, 45+1), Neftçi-2 – Qaradağ Lökbatan 0:4 (Urfan İsmayılov, 30, Həbib İsmayılov, 38, Əlibala Ağayev, 52, Elnur SƏmədov, 56).

Turun son oyunu bazar ertəsi keçiriləcək:
4 oktyabr (bazar ertəsi)
Keşlə-2 – Qəbələ-2
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 15:00