“Monako” Poqbanı heyətinə qatıb

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba "Monako" klubu ilə müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 30 iyun 2027-ci ilədək qüvvədə olacaq.

Xatırladaq ki, 2024-cü ilin fevralında Poqba dopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.

Lakin oktyabrda Beynəlxalq İdman Arbitraj Məhkəməsi bu cəzanı sentyabr 2023-dən etibarən sayılmaqla 18 aya endirmişdi.