Monson - Taktarov dueli təxirə salındı

Ötən illərin məşhur MMA döyüşçüləri Oleq Taktarovla Ceff Monsonun dekabra nəzərdə tutulan döyüşü həmin tarixdə alınmayacaq.

Sportline.az TASS-a istinadla xəbər verir ki, bunu rusiyalı döyüşçü açıqlayıb.

"Bu döyüş dekabrın 15-də baş tutmayacaq. Çünki sıx çəkiliş cədvəlim var. Eyni zamanda döyüşə yaxşı hazırlaşmaq lazımdır. Ona görə də, Monsonla fevral ayından tez qarşılaşa bilməyəcəm", - deyə Taktarov sualı cavablandırıb.

Xatırladaq ki, sözügedən idmançıların 18 avqustda boks qaydaları ilə keçirilən görüşü heç-heçə nəticələnmişdi.