Montella Portuqaliya ilə oyun haqda danışıb
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Portuqaliyaya qarı keçirəcəkləri matç haqqında danışıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis rəqibin güclü komanda olduğunu vurğulayıb:
“Portuqaliya millisi çox sürətlidir. Buna görə də onlara çox şans verə bilmərik. Onların topla nə edə biləcəyini bilirik, hətta müdafiəçilərinin belə. Kompakt oynamalıyıq. Həmkarım Türkiyə millisinin hücumameyilli komanda olduğunu deyib. Mən bununla razıyam".
Xatırladaq ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.