Mottanın Vlaxoviç haqqında fikirləri açıqlanıb

"Yuventus"un baş məşqçisi Tyaqo Motta komandanın hücumçusu Duşan Vlaxoviçin oyununu qiymətləndirib.

Sportline.az xəbər verir ki, o, serbiyalı forvardın çıxışından razıdır.

"Son qarşılaşmada Duşan əla oynadı. Onun işindən çox razıyam. Bu cür davam eləməsini arzulayıram", - deyə Motta klubun X sosial şəbəkəsindəki səhifəsində fikrini bölüşüb.

Qeyd edək ki, 2022-ci ilin qışında "Yuventus"a gələn Vlaxoviçin klubla 2026-cı ilədək müqaviləsi var.