Mourinyo İspaniyaya qayıda bilər
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, onun vaxtilə çalışdırdığı Madrid "Real"ına dönəcəyi bildirilir.
Bu haqda İspaniya mətbuatında xəbərlər dolaşmaqdadır.
İspaniyalı jurnalistlərin fikrində Karlo Ançelotti dönəmi artıq yekunlaşmaq üzrədir.
Komandanın UEFA Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a böyük hesablı məğlubiyyətindən sonra (0-3) bu mövzu yenidən gündəmə gəlib.
İtaliyalı mütəxəssisi əvəzləyəcək məşqçilərin siyahısına isə Joze Mourinyonun başçılıq etdiyi bildirilir.