Mourinyo nigeryalı futbolçunun klubda qalmasını istəyir
“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo futbolçusu Brayt Osayi Samuelin klubda qalmasını rəhbərlikdən tələb edib.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, rəhbərlik bu təklifə müsbət yanaşır. Lakin 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi bildirilir.
Klub Osayi üçün illik 2.5 milyon avro maaş ödəməyə hazır olduğu qeyd olunur.
Qeyd edək ki, Brayt Osayi Samuel hazır ki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.