Mübariz Mənsimov haqqında qərar verildi

“Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov dünən axşam saatlarında məhkəməyə aparılıb.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim qarşısına çıxan “Palmali Şirkətlər Qrupu”nun prezidenti  barəsində məhkəmə həbs qərarı verib.

Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.