Müğənni Ed Şiran Premyer Liqa klubunun səhmdarı olub

Britaniyalı pop ulduz Ed Şiran İpsviç Taun klubunun bir hissəsinin səhmdarı olub.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 33 yaşlı musiqiçi futbol klubunda 1,4% pay alıb və passiv investor olacaq.

 

Şiran uşaqlıqdan "İpsviç" fanatı olub və 2021-ci ildən müğənninin imza loqosu komandanın formasında əks olunub.

Xatırladaq ki, "İpsviç Taun" ötən mövsüm 22 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.