Müller İtaliya klubuna transfer olacaq
"Bavariya"nın almaniyalı futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Fiorentina" Mülleri azad agent kimi heyətinə qatmağı planlaşdırır.
İtaliya klubunun rəhbərliyi 35 yaşlı futbolçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bavariya"da çıxış edir. O bu mövsüm çıxış etdiyi 39 matçda 6 qol və 6 asistlə yadda qalıb.