Mundialda 1/8 final həyəcanı başlayır
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsi start götürəcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə Kanada Mərakeşlə üz-üzə gələcək. Görüş saat 21:00-da başlayacaq.
Digər matçda Fransa Paraqvayı sınağa çəkəcək. Oyun saat 01:00-da start götürəcək. Bu cütlərin qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.
DÇ-2026, 1/8 final
4 iyul
21:00. Kanada - Mərakeş
5 iyul
01:00. Paraqvay - Fransa