Mundialda ilk 1/4 finalçı onlar oldular

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsi start götürüb.

Sportline.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə Kanada Mərakeşlə üz-üzə gəlib. Matç Mərakeş yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda Fransa Paraqvayı sınağa çəkəcək. Oyun saat 01:00-da start götürəcək. Bu matçın qalibi 1/4 finalda Mərakeşlə qarşılaşacaq.

DÇ-2026, 1/8 final

4 iyul

21:00. Kanada - Mərakeş - 0:3 

Qollar: Əzzədin Unahi, 50, 82, Sufyan Rahimi, 90+8

5 iyul

01:00. Paraqvay - Fransa

Banner