Murad Musayev: "Beşiktaş"la oyuna tam heyətlə çıxmaq istəyirik"
Azərbaycan Premyer Liqasında mükafatlar uğrunda mübarizə aparan "Sabah" Türkiyənin "Beşiktaş" komandası ilə xeyriyyə xarakterli yoldaşlıq matçında qarşılaşa bilər.
Sportline.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Murad Musayev də CBC Sport kanalına müsahibəsində bu məlumatı təsdiqləyib: "Bəli, bu oyunla bağlı klublar arasında danışıqlar gedir. Aprelin sonunda görüş keçirilə bilər. Milli komandaların oyunları ilə bağı yaranan fasilə bitdikdən sonra tam heyətlə bu oyuna çıxmaq istəyirik".