Murad Musayev rəsmən "Sabah"da

“Sabah” Futbol Klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.

37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, komandada işinə gələn həftə başlayacaq.

Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.