Murad Musayev: "Sabah"ın avrokuboklara qatılması üçün çalışırıq"

"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.

Sportline.az xəbər verir ki, "Sport Express" nəşrinə danışan mütəxəssis sabiq klubu "Krasnodar" üçün darıxmadığını deyib:

"Bütün diqqətim işimdədir. "Sabah"ın avrokuboklara qatılması üçün çalışırıq. Çox şey dəyişib. İrəliyə doğru addım atmışıq. İşləri sabitləşdirmək vacibdir. Çox iş var, darıxmağa vaxt yoxdur.

"Krasnodar"ı hər zaman xatırlayıram. 10 ildən çox bu klubda işləmişəm. Bu klub mənim bir parçamdır, hər zaman onları izləyirəm. "Krasnodar"la bağlı xoş xatirələrim var".

Musayev 2019-2021-ci illərdə "Krasnodar"da çalışıb. O, 2021-ci ilin oktyabrından "Sabah"dadır.

"Sabah" Premyer Liqada 18 turdan sonra 2-ci sıradadır.

Banner