Murad Musayevin Bakıda ilk məşqi

Azərbaycan Premyer Liqasının növbəti turunda “Zirə”ni qəbul edəcək "Sabah" ötən gün matçın hazırlıqlarına start verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Murad Musayevin rəhbərliyi altında ilk məşqinə çıxan komanda, müxtəlif fiziki və taktiki təmrinləri yerinə yetirib.

Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu noyabrın 6-da, saat 15:00-da “Bank Respublika Arena”da keçiriləcək.