"Murat Yakın çox pis məşqçi idi"
İsveçrə millisinin baş məşqçisi Murat Yakın tənqidlərə məruz qalıb.
Sportline.az xəbər verir ki, Moskva "Spartak"ının sabiq futbolçusu Xose Manuel Xurado onu pis məşqçi adlandırıb.
Xurdo championat.com-a müsahibəsində həmin dövrdə Yakının nə istədiyini özü də bilmədiyini vurğulayıb.
"Murat Yakın pis məşqçi olduğundan "Spartak"da uğur qazana bilmədi. Məşqlərindən baş açmaq olmurdu. Bir gün bu, sabahısı başqa şey deyirdi. O, "Spartak" üçün uyğun məşqçi deyildi", deyə Xurado ötən günləri xatırlayıb.
Qeyd edək ki, Murat Yakın 2014-2015-ci illər mövsümündə Moskva təmsilçisini çalışdırıb.