Musa Qurbanlıya 3 qol lazımdır
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Premyer Liqada 20 qolla bombardirlər siyahısında zirvədədir.
Sportline.az xəbər verir ki, 20 yaşlı forvard daha 2 qol vuracağı halda klubun sabiq üzvü Reynaldonun rekorduna çatacaq.
Braziliyalı futbolçu 2013/2014 mövsümündə Premyer Liqada 22 qolla bombardir olub. Musanın bu göstəricini keçəcəyi böyük ehtimaldır. Qurban Qurbanovun oğluna bunun üçün qarşıdakı 9 turda cəmi 3 qol lazımdır.
Reynaldo "Qarabağ"la çempionatda bir mövsümdə ən çox qol vurmuş futbolçudur. Keçmiş forvard 2013-2017-ci illərdə və 2019-cu ilin yanvarından iyuluna qədər "Qarabağ"ın formasını geyinib. O, "atlılar"la 131 oyunda 61 qol vurub.