Musayev "Sabah"a gəlməyə razılıq verib
"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırmağa razılıq verib.
Sportline.az xəbər verir ki, bu barədə tərəflər arasındakı danışıqlara şahid olan şəxs championat.com-a bildirib. "Sabah"ın 38 yaşlı mütəxəssislə yaxında müqavilə imzalayacağı qeyd olunub.
Daha əvvəl 38 yaşlı mütəxəssisin cümə günü “Sabah”ın bazasında olduğu və klub nümayəndələri ilə görüşdüyü bildirilmişdi.
Qeyd edək ki, Musayev 2018-21-ci illərdə “Krasnodar”a baş məşqçilik edib.