Muslera cəzalandırılacaq?

Türkiyə Superliqasının ötən turunda "Konyaspor"la oyunda "Qalatasaray"ın qapıçısı Fernando Muslera etdiyi hərəkətə görə cəzalana bilər.

Sportline.az xəbər verir ki, meydan sahiblərinin ikinci qolundan sonra qapıçı İbrahim Şehiçin İkardinin hərəkətini təqlid etməsinə görə onu itələyən Muslera cəza təhlükəsilə üz-üzədir.

Qeyd edək ki, Muslera bu mövsüm "Qalatasaray"ın heyətində 24 oyunda 18 dəfə qapısında top gördüyü halda, 11 dəfə də qapısını toxunulmaz saxlayıb.