Mütəxəssisdən Emreliyə təşəkkür
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç Türkiyə Superliqasının 26-cı turunda "Qalatasaray"a qalib gəldikləri matç (2:1) barədə danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis qələbəyə görə sevindiyini deyib və komandasına təşəkkür edib:
"Futbolçularıma minnətdaram. Bütün heyətə çox tşəkkür edirəm. Təbii ki, hamımız üçün çox gözəl bir nəticə oldu. Qələbəyə görə şadam. Xüsuilə də "Qalatasaray" kimi uzun ötürmələrlə, müdafiənin arxasında pressinq edən, əks-hücumda yaxşı olan bir komandaya qarşı çox yaxşı çıxış etdik".
Qeyd edək ki, bu, "Konyaspor"un Stanoyeviçin baş məşqçiliyi altında Superliqada ilk qələbəsidir. Mütəxəssis yanvarın 17-dən "Konyaspor"u çalışdırır.
Xatırladaq ki, "Qalatasaray"la görüşdə Mahir Emreli start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.