Nadal Cokoviçin rekordunu qırdı
Dünya tennisinin lideri Novak Cokoviç yeni rekord müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, serbiyalı idmançı 597 həftədir ki, ATP reytinqində ilk ikilikdə yer alır.
Ondan əvvəl bu nəticəyə ispaniyalı Rafael Nadal imza atmışdı.
Onun aktivində 596 həftə var idi.
Qeyd edək ki, "Böyük dəbilqə" seriyalı turnirlərin 24 qat qalibi olan Cokoviç son olaraq Paris Olimpiadasında korta çıxıb.
O, ilk dəfə olaraq olimpiya oyunlarının qalibi adını qazanıb.