Namik "Bursaspor"un ən yaxşıları sırasında

"Bursaspor"un 2021/2022 mövsümünün ilk yarısı üçün ən yaxşı göstəriciləri açıqlanıb.

Sportline.az Bursa mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü Namik Ələskərov 2 göstəricidə ən yaxşılar arasında yer alıb. O, komanda yoldaşı Massimo Bruno ilə birgə 4 qolla ən çox qol vuran futbolçu olub. Bundan başqa 26 yaşlı futbolçu yenidən Bruno ilə ən çox qol ötürməsi verən (4) oyunçular sırasında ilk pillədə qərarlaşıblar.

Qeyd edək ki, "Bursaspor" Türkiyə 1-ci liqasında mövsümün ilk yarısını 19 xalla 17-ci pillədə başa vurub.